Mingəçevirdə azyaşlını avtomaşınla vuran sürücü qaçıb.
Hadisə M.Maqomayev prospektində baş verib.
Bərbərxanadan evə qayıdan 2010-cu il təvəllüdlü Murad adlı oğlan uşağını naməlum avtomaşın vurub, sürücü bundan sonra hadisə yerindən yayınıb.
Müxtəlif bədən xəsarətləri alan yaralı uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///Apa