Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə azyaşlını naməlum avtomobil vurub

21:05 - 25 Avqust 2021 tarixində dərc olunub.

Mingəçevirdə azyaşlını avtomaşınla vuran sürücü qaçıb.

Hadisə M.Maqomayev prospektində baş verib.

Bərbərxanadan evə qayıdan 2010-cu il təvəllüdlü Murad adlı oğlan uşağını naməlum avtomaşın vurub, sürücü bundan sonra hadisə yerindən yayınıb.

Müxtəlif bədən xəsarətləri alan yaralı uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: