Qubada 5 nəfərin öldüyü qəza yerindən görüntülər - VİDEO (YENİLƏNİB)

10:11 - 25 Avqust 2021 - HADİSƏ

Quba rayonunun Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın məlumata görə, qəzada ölən şəxslərin meyiti morqa aparılıb.

Onların kimliyi dəqiqləşdirilir.

***
09.06

Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti