Quba rayonunun Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
APA-nın məlumata görə, qəzada ölən şəxslərin meyiti morqa aparılıb.
Onların kimliyi dəqiqləşdirilir.
***
09.06
Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.