Gəncə-Daşkəsən yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO

14:41 - 23 Avqust 2021 - HADİSƏ

Göygöl rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet" və iki "VAZ" markalı avtomobil toqquşub. Nəticədə xəsarət alanların olduğu bildirilir. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti