Ucnoqta.az
www.ucnoqta.az

Gəncə-Daşkəsən yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - <font color=red><b>FOTO</b></font>

14:41 - 23 Avqust 2021 tarixində dərc olunub.

Göygöl rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet" və iki "VAZ" markalı avtomobil toqquşub. Nəticədə xəsarət alanların olduğu bildirilir. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: