“Toppuş bacı”da yenidən şiş aşkarlandı

12:30 - 23 Avqust 2021 - MAQAZİN

Uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

Bu haqda Axşam.az-a açıqlamasında aktrisa özü məlumat verib.

O bildirib ki, bədənində yenidən şiş aşkarlanıb:

“Bir ay əvvəl kürəyimdə ağrılar yarandı, həkimə getdim. Şiş aşkarlandı. Bu dəfə sümükdə törəmə oldu. Şüa götürdüm ki, bəlkə balacalaşa, amma yetmədi. Əksinə şiş yayıldı, ağciyərimə keçib. Kimyəvi terapiyaya başlamışıq. İkinci olub, ümid edirəm ki, bunun da öhdəsindən gələcəm”.

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir.

Xəbər xətti