“Onlara ancaq o maraqlıdır ki, ...” – Afət Fərmanqızı

15:45 - 22 Avqust 2021 - MAQAZİN

“Savadsızlıq baş alıb gedir”.

İfaçı Afət Fərmanqızı Moderator.az-a açıqlamasında əsas ixtisasının bioloq olduğunu və Çin istehsalı olan vaksindən istifadə etdiyini bildirib: 

“Mənim əsas ixtisasım bioloqdur. Orta məktəbdə yaxşı oxumuşam. 1796-cı ildə ingilis həkim Edvard Cenner “İnək çiçəyi” virusunun peyvəndini ixtira edib. Onunla da dünya bu xəstəlikdən xilas olub. 100 ildən bir dünyada pandemiya dövrü olur, ona görə vaksin labüddür. Mən də vaksin vurdurmuşam, heç bir pis təsirini görməmişəm”.

Afət Fərmanqızı sənət adamlarının sosial mövzularla bağlı sosial şəbəkədə vətəndaş mövqeyini bilmədiklərinə də toxunaraq, əvvəl sosial mövzularda çox aktiv olduğunu qeyd etdi:

“Hər hansı mövzu ilə bağlı sosial şəbəkədə nəsə yazanda media nümayəndələri yazdığım cümlələri çıxarıb, öz bildikləri kimi yazdıqları üçün sonra qalmaqala düşürdüm. Ona görə də sosial şəbəkələrdə çox az fikir bildirirəm. 

Mən “İnstagram”-da aktivəm, hərdən isə “Tik-Tok”-da görünürəm. Orada da ancaq gənclərdir deyə onlara sosial mövzu maraqlı deyil. Onlara ancaq o maraqlıdır ki, bu gün “Afət nə geyindi?”, “Nə yeyir?”, “Hansı bayağı mahnını oxudu”. 

Müğənnilərin sosial mövzularda aktivliyinə gəlincə, hələ bir o müğənnilər gedib bir normal cümlə qurmağı öyrənib, yaza bilsinlər... 

Orta məktəb səviyyəsində yazmağa belə çoxunun savadı yoxdur. Onların səhifələrinə baxsanız, özünüz hər şeyin şahidi olacaqsınız. Fikirlərini tam şəkildə yaza bilmirlər, savadsızlıq baş alıb gedir. Onların fikir bildirməyindənsə bildirməmələri yaxşıdır. Elə sakit oturmaqları məsləhətdir. Bir-iki savadlı müğənnilərimiz var, onları da dindirib danışdıran yoxdur”.

Xəbər xətti