Pakistanda partlayış - 3 nəfər ölüb, 50 nəfər yaralandı

15:03 - 19 Avqust 2021 - HADİSƏ

Pakistanın Pəncab əyaləti Bahavalnaqar şəhərində Aşura mərasimi keçirilən zamanı partlayış baş verib.

Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 50 nəfər xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib.


Partlayışın kim tərəfindən törədildiyi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xəbər xətti