Pakistanın Pəncab əyaləti Bahavalnaqar şəhərində Aşura mərasimi keçirilən zamanı partlayış baş verib.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 50 nəfər xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib.
Partlayışın kim tərəfindən törədildiyi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.