Rusiyanın MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb

01:04 - 19 Avqust 2021 - HADİSƏ

Rusiyanın Həştərxan vilayətində “MiQ-29” qırıcısı qəzaya uğrayıb. Ucnoqta.az RİA “Novosti”yə istinadən xəbər verir ki, qırıcı təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Qəza nəticəsində pilot həlak olub. Təyyarə Aşuluk poliqonunun ərazisində yaşayış məskəni olmayan yerə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə Aerokosmik Qüvvələrin Ali Komandanlığından komissiya göndərilib.

Xəbər xətti