Rusiyanın MiQ-29” qırıcısı qəzaya uğrayıb, <font color=red><b>pilot ölüb</b></font>
01:04 - 19 Avqust 2021 tarixində dərc olunub.
Rusiyanın Həştərxan vilayətində “MiQ-29” qırıcısı qəzaya uğrayıb.
Ucnoqta.az RİA “Novosti”yə istinadən xəbər verir ki, qırıcı təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Qəza nəticəsində pilot həlak olub.
Təyyarə Aşuluk poliqonunun ərazisində yaşayış məskəni olmayan yerə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib.
Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə Aerokosmik Qüvvələrin Ali Komandanlığından komissiya göndərilib.