“Taxta bazarı”nda yanğın olub
06:14 - 17 Avqust 2021 - HADİSƏ
Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilir ki, yanğın saat 02:30-da başlayıb. Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib və yanğın saat 02:43-də söndürülüb. Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.