Ucnoqta.az
www.ucnoqta.az

“Taxta bazarı”nda yanğın olub

06:14 - 17 Avqust 2021 tarixində dərc olunub.
Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd edilir ki, yanğın saat 02:30-da başlayıb. Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib və yanğın saat 02:43-də söndürülüb. Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Müəllif: