Azərbaycanlı teleaparıcı həmcinsi ilə evlənib? - FOTO

18:01 - 13 Avqust 2021 - MAQAZİN

“Yeganə jurnalistsiniz ki, xəbəri yazmadan öncə araşdırmağa üstünlük vermisiniz. Demək istərdim ki, bu absurt, axmaq və şərəfsiz bir xəbərdir. Paylaşdığım şəkildən belə xəbər hazırlamaq… düzü nə deyəcəyimi də bilmirəm. Şokdayam sadəcə”.

Bu sözləri məşhur teleaparıcı Səxavət Nur Lent.az-a açıqlamasında bildirib.

Belə ki, o haqqında yayılan həmcinsi ilə ailə qurması ilə bağlı xəbərin tamamilə yalan olduğunu deyib.
“Hazırda Azərbaycana gəlməyə hazırlaşıram. Dünən bütün dostlarım evimdə qonaq idi. Məni yola salmaq üçün yığışmışdılar. Elə həmin qonaqlıqda bura gələn ilk gündən mənim öz ailəm, atam bildiyim insanla şəkil çəkdirdim. Paylaşdığım şəkildən belə ləyaqətsiz xəbər hazırlayıblar. Aydın məsələdir ki, bu reytinq xətrinə olan bir şeydir. Onlara qarşı heç bir tədbir görməyi düşünmürəm. Buna vaxtım yoxdur sadəcə. Hər kəsi buraxıram öz vicdanına”.


***16:04

Azərbaycanlı məşhur teleaparıcı Amerikada həmcinsi ilə izdivac qurub.

Aparıcı Səxavət Nur həmcinsi ilə görüntülərini sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib:

“Ailə sadəcə qan bağı deyil. Sənin həyatında olub da, səni öz həyatında istəyənlər, səni olduğun kimi qəbul edənlərdir ailə! Sənin gülüşün üçün hər şey edənlər və səni səbəbsiz sevənlərdir”.

Amerikada yaşayan S.Nurun həmcinsi ilə evlənməsi şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.///unikal.org


Xəbər xətti