Sumqayıtda iki avtomobil toqquşub - 6 nəfər xəsarət alıb - FOTO

23:45 - 11 Avqust 2021 - HADİSƏ

Sumqayıtda iki minik avtomobili toqquşub, 6 nəfər xəsarət alıb.

Avtoqəza "Elmar" dairəsi kimi tanınan döngədə baş verib.

"VAZ 2110" markalı minik avtomobili qarşıda hərəkətdə olan "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 2 nəfərinin vəziyyəti ağır olduğundan Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa


Xəbər xətti