Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda iki avtomobil toqquşub - <font color=red><b>6 nəfər xəsarət alıb - FOTO</b></font>

23:45 - 11 Avqust 2021 tarixində dərc olunub.

Sumqayıtda iki minik avtomobili toqquşub, 6 nəfər xəsarət alıb.

Avtoqəza "Elmar" dairəsi kimi tanınan döngədə baş verib.

"VAZ 2110" markalı minik avtomobili qarşıda hərəkətdə olan "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 2 nəfərinin vəziyyəti ağır olduğundan Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: