Gəncə şəhərinin Süleyman Rəhimov küçəsində yerləşən çörəkbişirmə sexində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.
Alov söndürülüb və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.///report