Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə çörəkbişirmə sexində yanğın olub

00:01 - 11 Avqust 2021 tarixində dərc olunub.

Gəncə şəhərinin Süleyman Rəhimov küçəsində yerləşən çörəkbişirmə sexində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Alov söndürülüb və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: