Azərbaycanda qadın qayınatasını yandırdı

15:03 - 6 Avqust 2021 - HADİSƏ

Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, ər və arvad mübahisə edib. Qadın həyat yoldaşına əsəbləşərək onun maşınına benzin tökərək yandırıb.

Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o yanıq xəsarəti alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, kişinin yanması qəsdlə edilməyib”.

Xəbər xətti