Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, ər və arvad mübahisə edib. Qadın həyat yoldaşına əsəbləşərək onun maşınına benzin tökərək yandırıb.
Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o yanıq xəsarəti alıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, kişinin yanması qəsdlə edilməyib”.