Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

Əri tərəfindən öldürülən Sevincin mesajları YAYILDI - "Çox qorxuram" - FOTO

Avqustun 3-də əri tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovanın sosial şəbəkələrdə son yazışması yayılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində paylaşım edib. Qadın son yazışmalarında bunları qeyd edib:

"Dəfələrlə polisə müraciət etmişəm. Səhər öldüyümü eşitsələr nə dəyişəcək? 3 övladım ortalıqda qalacaq. Neçə vaxtdır sizə yazmağa qorxurdum, risk etmirdim. Uşaqlarımı əlimdən almaqla hədələyir. Bəs mənim canım atam insult keçirib, anamın da ürək çatışmazlığı var. Mən də sakitləşdiricilərlə yaşayıram. Mənə kömək edin. Çox qorxuram"

Xatırladaq ki, avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülüb. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakının Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanunamüvafiq tədbir görülməməsi ilə əlaqədar hüquqi və rəsmi əsası olmayan iddialara cavab verib. Bildirilib ki, cari il martın 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.

"Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S.Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib", - o qeyd edib.///milli.az

Tarix
5 Avqust 2021 [13:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-08-05 13:01:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin