Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Lənkəranda şadlıq sarayının sahibinə cinayət işi açılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 1 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Ulum” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub. Həmin obyektin sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Toyun təşkilatçısı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 400 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Ulum” şadlıq sarayında bundan əvvəl də toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən edilib və həmin vaxt obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 4000 manat cərimə olunub.

 

Tarix
5 Avqust 2021 [10:32]
Müəllif
Üç nöqtə
2021-08-05 10:32:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin