Türkiyədə yanğın İES ərazisinə çatdı - Video

00:03 - 5 Avqust 2021 - HADİSƏ

Muğlanın Milas rayonundakı yanğın Kemerköy İstilik Elektrik Stansiyasının ərazisinə sıçrayıb.

Ucnoqta.az xəbər verir ki, elektrik naqillərindən qığılcımlar çıxdığından həyəcanverici siqnal işə düşüb. Bölgədə elektrik enerjisinin verilişi dayandırılıb. Yaxınlıqdakı yaşayış yerlərinin sakinləri təxliyyə olunub.

Qeyd edək ki, təhlükəsizlik məqsədilə səhər saatlarında İES yaxınlığında xəndəklər qazılıb, nitrogen boşaldılıb.///qafqazinfo

Xəbər xətti