Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Yevlaxda narkotik bitkilərinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Qarxun kənd sakini Ramil İsayev saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd çətənə kolu, eləcə də 377 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Tarix
4 Avqust 2021 [20:47]
Müəllif
Üç nöqtə
2021-08-04 20:47:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin