Təhsil naziri üç il ərzində MİQ vasitəsi ilə işə qəbul olunan müəllimlərin sayını AÇIQLADI

17:39 - 4 Avqust 2021 - Xəbər

“Son üç il ərzində 27 197 nəfər müəllimlərin işə qəbul imtahanları vasitəsilə işlə təmin olunub”. 

Bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, hər il 8-9 min nəfər müəllim işlə təmin edilir:

“Bu il imtahanda 46 930 nəfər iştirak edib. Onlardan 10 259 nəfəri hazırda müəllim kimi çalışanlardır. Bu il ilkin elan edilən vakansiyaların sayı 7 718-dir.

Nazir bildirib ki, bu gün Azərbaycanda cəmi 13 300 ingilis dili müəllimləri işləyir.///oxu.az

Xəbər xətti