Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Ağsuda toy təşkilatçısı cərimələnib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon sakini Şamil Bəşirova məxsus evin həyətyanı sahəsində keçirilən toy məclisində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Polis əməkdaşları toyu təşkil edən şəxslərlə profilaktik söhbət aparıb, pandemiya dövrünün tələblərini onların diqqətinə çatdırıb. Ev sahibi Ş.Bəşirov barəsində isə qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

Tarix
4 Avqust 2021 [17:18]
Müəllif
Üç nöqtə
2021-08-04 17:18:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin