Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Polisi döyən sabiq deputat Kürdəxanı təcridxanasına yerləşdirildi

Böyük qalmaqalla kariyerasını bitirən deputat Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

Ucnoqta.az xəbər verir ki, bunu Modern.az-a deputatın hüquqlarını müdafiə edən vəkillərdən biri deyib.
Məlumata görə, hazırda E.Səlimovun səhhətində hər hansı problem yoxdur, özünü normal hiss edir.

Qeyd edək ki, Eldəniz Səlimov Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında polis əməkdaşını döyməkdə təqsirli bilinərək saxlanılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov üzvlükdən xaric edilib. 3 avqustda Milli Məclisin növbədənkənar sessiyasında deputatın toxunulmazlığına xitam verilib.

Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə deputat barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Tarix
4 Avqust 2021 [16:10]
Müəllif
Üç nöqtə
2021-08-04 16:10:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin