Sabah 30 və 32 nömrəli avtobusların hərəkət sxemləri dəyişdiriləcək

13:57 - 4 Avqust 2021 - Xəbər

Sabah Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, təmirlə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.

Xəbər xətti