Gürcüstanda meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edilib

10:42 - 4 Avqust 2021 - HADİSƏ

“Bir həftə ərzində bütün Gürcüstan üzrə temperaturun kəskin yüksəlməsi gözlənilir ki, bu da meşə və çöl yanğınları riskini artırır”.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Xidmət əhalini yüksək vətəndaş məsuliyyəti nümayiş etdirməyə, kənd təsərrüfatı torpaqlarında, meşə və yaxud tarla yaxınlığında yanğın törətməməyə və yanğınları nəzarətsiz qoymamağa çağırıb.

Xəbər xətti