Gəncədə avtomobil iki piyadanı vurdu - FOTO/VİDEO

21:42 - 3 Avqust 2021 - HADİSƏ

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Belə ki, “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yaşayış evinin qarşısında dayanan iki nəfəri - 1991-ci il təvəllüdlü Əliyev Məksudu və 1947-ci il təvəllüdlü Qocayeva Reyhanı vurub. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü Əsədov Anar da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti