Vilayət Eyvazov mayora vəzifə verdi

15:35 - 3 Avqust 2021 - Xəbər

Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Cəlilov Rövşən Cəlil oğlu  Siyəzən Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər o, Sumqayıt Şəhər Polis İdarəsinin Post Patrul Xidməti Taborunun komandir  müavini vəzifəsində çalışıb.

Xəbər xətti