Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Ucnoqta.az xəbər verir ki, 67 kq-da mübarizə aparan idmançı yarımfinal görüşündə misirli Məhəmməd İbrahim Əl-Sayedlə qarşılaşıb.
Nəsibov ilk hissədən sonra 0:5 hesabı ilə geridə olmasına baxmayaraq, ikinci yarıda əzmkarlıq nümayiş etidrərək, rəqibinə qalib gəlib - 7:6.
Onun qızıl medal uğrunda qarşılaşmadakı rəqibi iranlı Məhəmməd Reza Gerayi olacaq. Final görüşü avqustun 4-də keçiriləcək.///azxeber