Hindistanda hərbi helikopter qəzaya uğrayıb

13:36 - 3 Avqust 2021 - HADİSƏ

Hindistanın şimalındakı Pəncab ştatında Silahlı Qüvvələrə məxsus helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza helikopter daşqın bölgəsinə planlaşdırılmış uçuş həyata keçirərkən baş verib.

Pilotların xəsarət almadığı bildirilib.

Hazırda Pəncab ştatında leysan yağışları daşqına səbəb olub. Ştat rəhbərliyi zərərçəkənlərə humanitar yardımların çatdırılması üçün hərbi helikopterlərdən istifadə edir.

Xəbər xətti