“Deputatın yiyəsi xalqdır” – Spikerdən deputata SƏRT CAVAB

12:22 - 3 Avqust 2021 - Xəbər

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tahir Kərimlinin parlamentin bu gün keçirilən iclasında səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Ucnoqta.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

Qeyd edək ki,  Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Tahir Kərimli parlamentin bugünkü iclasında “polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur”- deyə fikir səsləndirib.

Xəbər xətti