Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Bakıda 8 yeni məktəb binası tikilir - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

İdarədən verilən məlumata görə, həmçinin ehtiyac olan ərazilərdə 8 yeni məktəb inşa olunur. Onlardan 5-də tikinti işləri artıq yekunlaşıb.

Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.

Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb.

Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.

Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.

 

Tarix
3 Avqust 2021 [11:12]
Müəllif
Üç nöqtə
2021-08-03 11:12:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin