Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon ABŞ ilə birgə hərbi planını həyata keçiriləcəyi təqdirdə Koreya yarımadasında gərginliyi artıracağı barədə Cənubi Koreyaya xəbərdarlıq edib. Bu barədə “wionews” xəbər verir. Məlumata görə, Vaşinqton və Seul avqustun sonunda hərbi təlimlər keçirməyi planlaşdırır. Kim Yo Çjon Cənubi Koreyanın hərəkətlərini “aqressiv” adlandırıb. “Hökumətimiz və ordumuz Cənubi Koreyalıların təcavüzkar hərbi təlimlərinə davam edib-etməyəcəkkıərini, yaxud vacib qərar vermələrini yaxından izləyəcək. Ümid yoxsa ümidsizlik? Bu, bizim işimiz deyil”, - deyə Kim Yo Çjon bildirib. Qeyd edək ki, bundan əvvəl Şimali və Cənubi Koreya ölkələri münasibətləri bərpa etmək üçün sammit keçirmək məsələlərini müzakirə etmişdilər. İki lider əlaqələrini yenidən bərpasının yollarını araşdırıb və bu prosesdə ilk addım olaraq kəsilmiş qaynar xətləri yenidən bərpası barədə razılığa gəliblər. Ancaq bazar günü Kim Yo Çjon Şimali və Cənubi Koreya arasındakı əlaqələrə yalnız “fiziki əlaqələr” kimi baxılmalı olduğunu deyib.///oxu.az
Tarix
3 Avqust 2021 [08:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-08-03 08:31:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin