1987-ci ildən bəri ən isti hava

00:46 - 3 Avqust 2021 - DÜNYA

Yunanıstanda arxeoloji açıq hava muzeyləri gözlənilən istilik dalğası səbəbindən 3-5 avqust tarixləri arasında gündüz ziyarətlərinə bağlı olacaq. 

Ucnoqta.az xəbər verir ki, dünyada həddindən artıq istilər davam edərkən, bir çox yerdə meşə yanğınları davam edir. Yunanıstan Mədəniyyət və İdman Nazirliyindən edilən şərhdə, 3-5 avqust tarixləri arasında ziyarətçilərin və işçilərin təhlükəsizliyi üçün Yunanıstandakı arxeoloji açıq hava muzeylərinin yerli vaxtla saat 12.00-17.00 arasında ziyarətçilər üçün bağlı olacağı bildirilib. Milli Meteorologiya Xidməti, yaxın günlərdə Yunanıstanda havanın 40 dərəcədən yuxarı qalxacağını gözləyir. Ölkədəki həddindən artıq istilər səbəbi ilə xalqın elektrik istehlakının artması ilə Yunanıstan Baş naziri Kyriakos Mitsotakis, elektrik kəsilməsinin qarşısını almaq üçün camaatdan, xüsusən saat 13.00-15.00 arasında elektrik istifadəsini mümkün qədər azaltmağı xahiş edib. Digər tərəfdən, Yunanıstan 1987-ci ildən bəri ən isti günlərini yaşayır, 1300 adam həddindən artıq istidən ölüb. Son günlərdə havanın temperaturu bəzi yerlərdə 43 dərəcəyə çatıb.///sia.az

Xəbər xətti