Bərdədə traktor minik maşını ilə toqquşub, 1 nəfər ölüb - Foto

00:12 - 3 Avqust 2021 - HADİSƏ

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi adlanan kəndində qeydə alınıb.

Hərəkətdə olan traktor qarşıdan gələn “VAZ ”21011 markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ”da olan bir nəfər hadisə yerində həyatını itirib, digər iki nəfər - Ağcabədi rayon sakinləri İbrahimov Namiq Akif oğlu və Mehrəliyev Təbriz oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti