Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

“YAŞAT”a toplanan vəsait 62 milyon manata çatır

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 62 milyon manata yaxınlaşır.

Ucnoqta.az xəbər verir ki, Fonda toplanan vəsait 61 603 621.6 manatdır. Həmin vəsaitdən 17 124 174.64 manatı fiziki şəxslər, 44 479 446.96 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 32 072 546.15 manatı xərclənib. Vəsaitin qalığı isə 29 531 075.45 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Tarix
2 Avqust 2021 [23:00]
Müəllif
Üç nöqtə
2021-08-02 23:00:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin