Ana səhifə Mobil versiya
20 Sentyabr 2021

Bin Ladenin qardaşının evi ABŞ-da satışa çıxarıldı - Foto

11 sentyabr 2001-ci ildə ABŞ-a təyyarə hücumlarının əsas təşkilatçısı "Əl Qaidə" terror qruplaşmasının lideri Üsəma bin Ladenin qardaşının ABŞ-dakı evi 28 milyon dollara satışa çıxarılıb.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, evin olduğu sahənin ümumi ərazisi 8 min kvadrat metrdir. 1931-ci ildə tikilən evin 7 yataq otağı, 5 hamamı var. Üsəma bin Ladenin qardaşı İbrahim bin Laden sahibi olduğu evə 20 ildir ki, ayaq basmayıb.

11 sentyabr hadisələrindən sonra onun bu evin həndəvərinə belə dolanmadığı vurğulanır. O, bu malikanəni 1983-cü ildə 1,5 milyon dollara satın alıb.

Los-Ancelsdəki "Ben Air" adlı malikanənin qapısına "təmirə açıqdır, 20 ildir ki, sahibi yoxdur" lövhəsi vurulub. Həyətində palma ağacları və digər həmişəyaşıl bitkilər var.

Tarix
2 Avqust 2021 [21:19]
Müəllif
Üç nöqtə
2021-08-02 21:19:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin