Bakıda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Xətai rayonu ərazisindəki evlərin birindən 4800 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb.