Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

10:19 - 2 Avqust 2021 - HADİSƏ

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Xudat-Nabran yolunda qeydə alınıb.

Xudat qəsəbə sakini 1978-ci il təvəllüdlü Mais Sabir oğlu Qasımovu avtomobil vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti