Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Tokio-2020: Daha bir idmançımız mübarizəni dayandırdı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Olimpiadasında mübarizəni dayandırıb.

Ucnoqta.az xəbər verir ki, tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançımız ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Təmsilçimiz ilk yarışda 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək. Final mərhələsi bu gün təşkil olunacaq.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

Tarix
2 Avqust 2021 [09:00]
Müəllif
Üç nöqtə
2021-08-02 09:00:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin