“Günelin 300-400 ayaqqabısını satsaq...” - Tunar bacısından danışdı

16:55 - 30 İyul 2021 - MAQAZİN

Müğənni Tunar Rəhmanoğlu bacısı Günel Zeynalova haqqında maraqlı açıqlama verib. Ucnoqta.az xəbər verir ki, “7 Canlı” verilişinə qonaq olan Tunardan Günelin ən bahalı libasının qiyməti soruşulub. O isə cavabında bacısının geyimə çox pul xərclədiyini və 300-400 ayaqqabısı olduğunu bildirib: "Geyimə çox pul xərcləyir. Evdə 300-400 ayaqqabısı var. Onları satsan, bir villa almaq olar. Hərdən deyirəm ki, bunları istəyən varsa, sataq hamısını..." Daha sonra Zeynalova ən bahalı geyiminin qiymətini açıqlayıb: "Ən bahalı libasımı Tunarın toyunda geyinmişəm. Qiyməti 17 min lirə (təxminən 3400 AZN) idi", - deyə Günel bildirib.///BAKU.WS

Xəbər xətti