Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

Dubayda 3,5 milyon dollarlıq qiymətli əşyalar oğurlanıb

Dubay polisi sərgi stendindən 3,5 milyon dollardan çox dəyəri olan zinət əşyaları və saatları oğurlayan şəxsləri 10 saatdan da az müddətdə saxlayıb. APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dubay əmirliyi polisinin “Facebook” səhifəsində məlumat yer alıb. “Polis əməkdaşları avtomobil sərgisinin stendindən təxminən 13 milyon BƏƏ dirhəmi dəyəri olan (3,5 milyon dollardan çox) zinət əşyaları və saatların naməlum şəxslər tərəfindən oğurlanması və cinayət yerində heç bir iz buraxmadan oğurluq motosikletlərlə ərazidən qaçmaları barədə məlumat aldıqdan 10 saat vaxt keçməmiş bir qrup şübhəli avropalını saxlayıb”, - deyə Dubay polisinin rəhbəri Abdullah əl-Murri bildirib. Onun sözlərinə görə, oğurlanmış əşyalar qanuni sahiblərinə qaytarılıb. Dubay polisinin Cinayət Axtarışları Baş İdarəsinin direktoru Camal əl-Cəlləfin sözlərinə görə, həbs olunanlar “soyğunçuluqla məşğul olan mütəşəkkil dəstə”nin üzvləridir.
Tarix
29 İyul 2021 [08:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-07-29 08:34:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin