Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

Qanunsuz ov edən şəxslər saxlanılıb

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahilində, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Əkbər Sadıqov, Qazax rayon sakinləri - Aydın Mehdiyev və Namiq Zeynalov olduğu məlum olub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda Zaqatala rayonunun Car kəndi yaxınlığında ova cəhd edən kənd sakini Elçin Şabanov saxlanılaraq cərimələnib.

Tarix
28 İyul 2021 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-07-28 13:08:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin