Lənkəranda reyd: Atmosferi çirkləndirən sürücülər cərimələnib - FOTO

11:49 - 25 İyul 2021 - ÖLKƏ İÇİ

Lənkəranda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu məqsədlə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd təşkil olunub.
Sürücülərə bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir.

Tədbir zamanı rayon ərazisində taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrində sürücü və sərnişinlərin tibbi maska ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.

Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Qaydalara və sağlamlığına biganəlik nümayiş etdirərək tibbi maska ilə bağlı tələbləri pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.


Xəbər xətti