Bu ilin birinci yarısında Azərbaycanda debet və kredit kartları vasitəsilə 4,313 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 257 mln. manatı ATM-lər vasitəsilə, 1,764 mlrd. manatı POS-terminallar vasitəsilə, 2,292 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Təkcə iyunda isə 824 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib və bu may ilə müqayisədə 9,1% çoxdur. İyun ayında nağdsız ödənişlərin 51 mln. manatı ATM-lər vasitəsilə, 327 mln. manatı POS-terminallar vasitəsilə, 446 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, iyunda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni rekord qeydə alınıb.