Honda Yaponiyada istehsala fasilə verəcək

23:00 - 21 İyul 2021 - AVTO

Avtomobil istehsalçısı Honda, mühərrik və əyləc sistemlərində istifadə edilən çiplərin tədarükündə yaşanan problem səbəbilə Yaponiyadakı zavodlarında istehsala müvəqqəti fasilə verəcəyini açıqlayıb.

Marja Kyodo agentliyinə istinadən xəbər verir ki, ağıllı telefon və 5G şəbəkə avadanlıqları sektorunun çiplərə tələbinin artması ilə əlaqədar olaraq avtomobil istehsalçıları tədarük çətinliyi çəkməyə davam edirlər.

Honda, ölkənin cənub-qərbində olan Mie əyalətindəki zavodlarda 2-6 Avqustda istehsala fasilə verəcək. 

Xəbər xətti